Güclü dolu İstanbulda həyatı iflic etdi

Güclü dolu İstanbulda həyatı iflic etdi
  28 İyul 2017    Oxunub:3377
Bu gün axşam saatlarında Türkiyənin İstanbul şəhərinə şiddətli dolu düşüb.
"Anadolu" agentliyinin məlumatına görə, güclü küləklə müşayiət olunan dolu şəhərin əsas nəqliyyat arteriyalarında problemlər yaradıb, avtomobillərə ciddi ziyan vurub.

Dəniz səfərləri və bəzi aviareyslər təxirə salınıb. Küçələrdə piyadaların hərəkəti çətinləşib, su basmış iş yerlərindən insanlar xilasedicilər tərəfindən təxliyə olunublar.

Təbii fəlakət İstanbul limanlarından birində yanğına səbəb olub, bəzi tikililərdə dağıntılar baş verib.

AzVision.az


Teqlər: İstanbul   Dolu  





Xəbər lenti