Ölümdən son anda xilas oldular

Ölümdən son anda xilas oldular
  28 İyul 2017    Oxunub:1308
Sumqayıtda bir nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Corat qəsəbəsində baş verib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Digər oxşar hadisə Bakının Xəzər rayonunda olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxsi xilas ediblər.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz   Ölüm  





Xəbər lenti