ABŞ İranın hərbi bazalarını yoxlamaq istəyir

ABŞ İranın hərbi bazalarını yoxlamaq istəyir
  27 İyul 2017    Oxunub:1279
ABŞ Prezidenti Donald Trampın administrasiyası İrandakı “şübhəli” hərbi bazaların yoxlanılmasını tələb edir.
AzVision.az "Associated Press"-ə istinadən xəbər verir ki, əgər Tehran yoxlamaların keçirilməsinə mane olarsa, Trampın İranın sövdələşməyə əməl etmədiyi və sazişin mümkün pozulmasında bu ölkənin məsuliyyət daşıdığını deməsinə əsas yaranacaq.

Qeyd olunub ki, İrandakı yeni obyektlərdə yoxlama aparmaq üçün ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyinin və sazişdə iştirak edən ölkələrin əksəriyyətinin dəstəyini almalıdır. Lakin Vaşinqton İranda yerləşən hərbi obyektlərdə qadağan olunmuş fəaliyyətlərlə bağlı inandırıcı sübut təqdim etməyib. Agentlikdəki mənbənin məlumatına görə, ABŞ hazırda lazımi sübutların axtarışı üçün kəşfiyyat aparır.

AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti