İlham Əliyev perulu həmkarını təbrik edib

İlham Əliyev perulu həmkarını təbrik edib
  27 İyul 2017    Oxunub:1065
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskiyə məktub ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,
Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və firavanlıq arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti