Yevlax xəstəxanasındakı yanğınla bağlı rəsmi məlumat

Yevlax xəstəxanasındakı yanğınla bağlı rəsmi məlumat
  27 İyul 2017    Oxunub:1032
Fövqəladə Hallar Nazirliyi Yevlax xəstəxanasında baş verən yanğınla bağlı yekun məlumat yayıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Yevlax şəhərində Səhiyyə Nazirliyinə məxsus dördmərtəbəli Rayon Mərkəzi Xəstəxanasının 1-ci və 4-cü mərtəbələrində şaxta boyunca elektrik kabelləri 15 p.m, hər mərtəbəsində 20 m2 sahədə kabellər və 2-ci mərtəbəsində 4 ədəd oturacaq qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xəstə xilas, 20 nəfər xəstə isə təxliyyə edilib.

Xəstəxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti