Gömrükdə çantadan silah, ayaqqabıdan narkotik çıxdı

Gömrükdə çantadan silah, ayaqqabıdan narkotik çıxdı
  27 İyul 2017    Oxunub:942
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu səbəbdən həmin çantaya təkrar yoxlama keçirilib.

Yoxlama zamanı çantanın içərisindəki geyim əşyalarının arasında soyuq silahlar - 1 ədəd dəyənək və 1 ədəd kombinə edilmiş kastet-bıçaq aşkar olunub. Bundan başqa, vətəndaşın ayaqqabısının sol tayının içində isə 1 ədəd bükümdə xalis çəkisi 2,992 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti