Polis oğurluq edən 10 nəfəri tutub

Polis oğurluq edən 10 nəfəri tutub
  27 İyul 2017    Oxunub:1061
Bakıda oğurluqla məşğul olan 10 nəfər tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisindəki evlərdən birindən 500 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Gündüz Zamanzadə və Kamran Musayev tutulublar.

Eyni zamanda Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon ərazisindəki evlərdən birindən 3 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Quliyev və bir yeniyetmə tutulublar. Həmçinin Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki evlərdən birindən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Qismət Nəsibov və Ağdam rayon sakini Elşad Hüseynov tutulublar.

Bundan başqa narkotik vasitə ilə tutulan Ceyhun Məmmədovun ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyulun 1-dən 15-dək olan müddətdə rayon ərazisində 7 həyətyanı sahədən velosiped oğurlaması da müəyyən edilib.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon ərazisindəki kafelərdən birindən 342 manat və gümüş boyunbağı oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Məhəmməd Babayev saxlanılıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də rayon ərazisindəki mağzalardan birindən 1500 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyulun 24-də rayon ərazisində 4 avtomobildən pul, akkumulyator, mobil telefon, səsgücləndiricilər və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəcəf Hüseynov tutulub.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti