Hemodializ müalicəsi ömrü 22 il uzadır

Hemodializ müalicəsi ömrü 22 il uzadır
  27 İyul 2017    Oxunub:1770
“Hər bir xəstə böyrək köçürülməsini istəyər. Lakin heç də hər bir xəstəyə böyrək köçürülməsi mümkün deyil”.
AzVision.az xəbər verir ki, bu sözləri M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib. Onun sözlərinə görə, böyrəkköçürmə tibbdən çox hüquqi problemdir.

“Dünyada meyitdən böyrək köçürülməsi mümkündür, bunun üçün qanuni baza var. Bizim qanunvericiliyimiz yalnız canlıdan böyrək köçürülməsinə imkan verir. Azərbaycanda bu gün 3 312 dializ xəstəsinin heç də hamısının böyrək köçürülməyə ehtiyacı yoxdur. Hər il respublika üzrə böyrəkköçürməyə ehtiyacı olduğuna görə bizə 50-60 nəfər müraciət edir. Bizdə yaş məsələsində də problem var. Dünyada 70 yaşdan yuxarı xəstələrə də böyrək köçürülməsi mümkündür, bizdə isə əsasən orta yaşlı xəstələrə bu cür əməlyyat həyata keçirilir”.

F.Babayevin sözlərinə görə, hemodializ müalicəsinin ömrü uzatma faizi xəstəyə görə dəyişir: “Resublika üzrə hemodializ müalicəsi alaraq ən çox 26 il, şəxsi təcrübəmdə isə 22 il yaşayan xəstə olub”.

Aytən Zəhra
AzVision.az



Teqlər: böyrək   xəstəlik  





Xəbər lenti