Keçmiş məhkumdan saxta pul götürüldü

Keçmiş məhkumdan saxta pul götürüldü
  27 İyul 2017    Oxunub:1293
Əvvəllər məhkum olunmuş şəxsdən saxta pul götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini Vüsal Əlizadədən 6 ədəd 100 manatlıq saxta əsginas götürülüb.

Onun əvvəllər məhkum olunduğu bildirilir.

AzVision.az


Teqlər: saxta-pul   DİN  





Xəbər lenti