Masallıda ferma yanıb

Masallıda ferma yanıb
  27 İyul 2017    Oxunub:1433
Masallı rayonu, Şərəfə kəndində vətəndaşa məxsus fermada yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, fermanın ərazisində ümumi sahəsi 300 kv.m olan dəmir konstruksiyadan ibarət talvarın 10 kv.m sahədə taxta atmaları və talvarın altına yığılmış 24 ton ot bağlamasının 11 tonu, digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.​

AzVision.az


Teqlər: Yanğın   Masallı   FHN  





Xəbər lenti