Maşınla vurulan piyada iki gün sonra öldü

Maşınla vurulan piyada iki gün sonra öldü
  27 İyul 2017    Oxunub:1101
Qubada iki gün əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 25-də saat 12 radələrində Quba rayonunun İqriq kəndi ərazisində rayon sakini Malik Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Azər Rzaquliyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada iyulun 26-da orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti