ABŞ senatorları Rusiyaya qarşı sanksiyaları genişləndirir

ABŞ senatorları Rusiyaya qarşı sanksiyaları genişləndirir
  27 İyul 2017    Oxunub:1361
ABŞ senatorları Rusiya, İran və Şimali Koreyaya dair sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsi ilə bağlı razılığa gəliblər.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu respublikaçı-senator Bob Korker bəyan edib.

Broker vurğulayıb ki, yeni sanksiyalar paketi artıq bu həftə qəbul oluna bilər.

Qeyd edək ki, ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinin lehinə səs verib. 419 konqresmen qanun layihəsinin lehinə, üç nəfər əleyhinə səs verib. On iki konqresmen isə bitərəf qalıb.

Qəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən bu vaxtadək Rusiya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola bilər.

Xatırladaq ki, qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidentə bu cür qərarları qabaqcadan konqresmenlərlə razılaşdırmağı məcbur edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya   İran  





Xəbər lenti