Şəkidə 17 yaşlı oğlan özünü asıb

Şəkidə 17 yaşlı oğlan özünü asıb
  27 İyul 2017    Oxunub:4048
Şəkidə 17 yaşlı gənc intihar edib.
Məlumata görə, iyulun 26-sı saat 16 radələrində Şəki şəhər sakini 2000-ci il təvəllüdlü Pərviz Rüstəm oğlu Cabbarovun meyiti şəhər ərazisində fəaliyyət göstərən 8 saylı tam orta məktəbin arxasındakı tikilidə asılmış vəziyyətdə aşkar edilib.

Araşdırma zamanı 17 yaşlı Pərviz Cabbarovun hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər: Şəki   İntihar  





Xəbər lenti