Bakıda qardaş bacısına 13 bıçaq zərbəsi vurub

Bakıda qardaş bacısına 13 bıçaq zərbəsi vurub
  27 İyul 2017    Oxunub:1457
Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Hadisə 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Aliyeva Tahirə Barat qızı evdə qardaşı ilə mübahisə edib. Bu zaman o, bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti stabil-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanıb.

Hadisəni törədən şəxs saxlanılıb. Onun adı hələlik, açıqlanmır.
Nizami RPİ-dən verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. (Report.az)

AzVision.az


Teqlər: Bakı   Cinayət   Bıçaqlanma  





Xəbər lenti