Sülhməramlıları daşıyan helikopter qəzaya uğradı

Sülhməramlıları daşıyan helikopter qəzaya uğradı
  27 İyul 2017    Oxunub:1352
Malinin şimalında BMT sülhməramlı kontingentinə məxsus hərbi helikopter qəzaya uğrayıb.
"RİA Novosti"nin verdiyi xəbərə görə, qəza zamanı helikopterdə 2 almaniyalı hərbçi olub, onların taleyi barədə hələ ki, məlumat yoxdur.

BMT missiyasının nümayəndəsi Əhməd Makayl “Tiger” helikopterində Almaniya vətəndaşlarının olduğunu təsdiqləyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

AzVision.az


Teqlər: BMT   Qəza  





Xəbər lenti