Bakıda itən uşaq avtobusda tapıldı - FOTO

Bakıda itən uşaq avtobusda tapıldı - FOTO
  27 İyul 2017    Oxunub:2141
Bu gün saat 16:05 radələrində "BakuBus"a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb.
AzVision.az "BakuBus"-ın mətbuat xidmətinə istinadən bildirir ki, aidiyyəti orqanlara, həmçinin "BakuBus"a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb.

Təxminən 16:50 radələrində uşağın nənəsi "BakuBus"a məxsus 1 nömrəli avtobusun metronun "28 May" stansiyası yaxınlığındakı dayanacağında aşkar edilib və uşaq öz yaxınlarına təhvil verilib.



AzVision.az


Teqlər: Uşaq   Avtobus  





Xəbər lenti