Baytarlıq Xidməti rüşvət ittihamlarına cavab verdi

Baytarlıq Xidməti rüşvət ittihamlarına cavab verdi
  26 İyul 2017    Oxunub:2284
Son dövrlər bir sıra elektron və kütləvi informasiya vasitələrində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və onun rəhbərliyi barədə qərəzli, yalan və həqiqəti əks etdirməyən məlumatlar yayılır.
DBNX-nın mətbuat xidmətindən AzVision.az–a verilən xəbərdə deyilir ki, dərc edilən və yayımlanam məqalələrdə göstərilən fikirlər həqiqəti əks etdirmir, məqsədli və qərəzli şəkildə yayılan bu məlumatlar Dövlət Xidmətinin iş ahəngini pozmağa və onun rəhbərliyinə qərəzli şəkildə qara yaxmağa xidmət edir.

“Təəssüf edirik ki, bəzi elektron və kütləvi informasiya vasitələri köhnə məlumatları oxuculara yeni material kimi təqdim edirlər. Belə ki, dia.az, xalqxeber.az və digər saytlarda yazı və video formatında (“Baytarlıq idarəsi rüşvət yığır” -https://www.youtube.com/watch?v=7xWWHjJP8fA) yerləşdirilən məlumatlar 2016-cı il 12 sentyabr tarixində çəkilərək Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəhbərliyi tərəfindən yol verilmiş nöqsanları əks etdirir.

Lakin həmin görüntülər oxuculara yeni məlumat kimi təqdim edilir. Bununla əlaqədar bir daha bildiririk ki, həmin video çəkilişdə əks etdirilən nöqsanlarla əlaqədar dərhal Kənd Təsərrüfatı Nazirliyi tərəfindən araşdırma aparılmış və Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəhbərliyi tərəfindən ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, nöqsanlar barədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dərhal tədbirlər görülərək Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsindən azad edilmiş və toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdir.

Belə neqativ hallara qarşı Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Xidməti tərəfindən dərhal reaksiyalar verilir, qarşısı alınaraq müvafiq tədbir görülür. Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bütün bunlar hamısı müəyyən şəxslər tərəfindən qərəzli şəkildə Xidmətin iş ahəngini pozmaq və xidmət rəhbərliyinə qarşı qara yaxmaq məqsədi daşıyır”.

AzVision.az





Teqlər: DBNX  





Xəbər lenti