Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edildi

Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edildi
  26 İyul 2017    Oxunub:2492
Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bu ölkənin vətəndaşlığından məhrum edilib.AzVision.az “Vesti”yə istinadən xəbər verir ki, bunu Radikal partiyasından olan deputat İqor Mosiyçuk öz “Facebook” səhifəsində yazıb.
“Təsdiqləndi: Bu həqiqətdir- Gürcüstanın Yanukoviçi olan Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edilib və bu onun sübutudur ki, prezident Pyotr Poroşenko öz səhvlərini etiraf etməyə başlayıb”, - deyə deputatın paylaşdığı məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Saakaşvili  





Xəbər lenti