3200 nəfər yaşamaq üçün Azərbaycana gəlib

3200 nəfər yaşamaq üçün Azərbaycana gəlib
  26 İyul 2017    Oxunub:1291
Ötən il Azərbaycana daimi yaşamaq üçün 3,2 min insan gəlib.
Dövlət statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2015-ci ildə bu rəqəm 2,7 min nəfər, 2014-cü ildə isə 1,9 min nəfər olub.

2016-ci ildə 1,7 min nəfər ölkədən daimi yaşamaq üçün başqa ölkələrə gediblər. Bu rəqəm 2015-ci ildə 1,6 min nəfər, 2014-ci ildə 0,8 min nəfər olub.
Ölkəyə daimi yaşamaq üçün gələnlər və xarici ölkərə daimi yaşamaq üçün gedənlər arasında ən yüksək göstərici 1990-ci ildə olub. Belə ki, 1990-cı ildə ölkəyə daimi yaşamaq üçün gələnlər 84,3 min nəfər, həmin il ölkədən daimi yaşamaq üçün gedənlər isə 137,9 min nəfər olub.

Aytən Zəhra
AzVision.az



Teqlər: Statistika   Azərbaycan  





Xəbər lenti