Şəmkirdəki dəhşətli intiharla bağlı rəsmi məlumat

Şəmkirdəki dəhşətli intiharla bağlı rəsmi məlumat
  26 İyul 2017    Oxunub:1352
İyulun 25-də saat 21 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 25 yaşlı Pərvanə Mahmudova intihar məqsədi ilə azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü Düyərli kəndinin ərazisindən keçən Böyük Kəsik-Bakı sərnişin qatarının altına atıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ana və övladları hadisə yerində ölüblər.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   intihar   Şəmkir  





Xəbər lenti