Dələ 45,5 min insanı işıqsız qoydu

Dələ 45,5 min insanı işıqsız qoydu
  26 İyul 2017    Oxunub:5933
Kaliforniyanın San-Dieqo şəhərində 45,5 min insan dələyə görə işıqsız qalıb. Bu barədə AzVision.az “CB8” telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, hadisə çərşənbə axşamı günorta saatlarında baş verib. Yaşayış binaları, məktəblər və müəssisələrin işıqsız qalmasına dələnin elektrik naqillərinə toxunması olub.

Məlumatda qeyd olunur ki, bir saat sonra işçilər şəhərə elektrik verilişini bərpa edə bilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Kaliforniya   San-Dieqo   ABŞ  





Xəbər lenti