Azərbaycanın deputatına Türkiyədə fəxri vətəndaşlıq verilib

Azərbaycanın deputatına Türkiyədə fəxri vətəndaşlıq verilib
  26 İyul 2017    Oxunub:1180
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya Aksaray vilayətinin fəxri vətəndaşı statusu verilib.
Millət vəkilinə fəxri vətəndaşlıq Aksaray bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib.

Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı bildirib ki, millət vəkili Q.Paşayeva türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında hər zaman Türkiyəyə dəstəyi, Aksarayın tanıdılmasındakı xidmətlərinə, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Aksaray vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Aksarayın fəxri vətəndaşlığına layiq görülüb.

Q.Paşayeva onu bu şərəfli ada layiq görən Aksaray və Kapadokyaya, bələdiyyə məclis sədrlərinə və üzvlərinə təşəkkürünü bildirib.

AzVision.az


Teqlər: Türkiyə   Deputat   Qənirə-Paşayeva  





Xəbər lenti