FHN su anbarında batan şəxsi xilas edib

FHN su anbarında batan şəxsi xilas edib
  25 İyul 2017    Oxunub:1095
Mingəçevir şəhərindəki çimərlikdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilasedicilər tərəfindən sudan çıxarılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə 1 nəfərin Mingəçevir su anbarında (ən yaxınlıqdakı məntəqədən 200 m aralıda nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 16:40-da başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti