Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi
  25 İyul 2017    Oxunub:1347
Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün Pakistanın Lahor şəhərində baş verən terror aktını pisləyib.
AzVision.az nazirliyə istinadən xəbər verir ki, XİN terror aktları qurbanlarının ailələrinə və qadaş Pakistan xalqına başsağlığı verib.

Qeyd edək ki, ötən gün Pakistanın Pəncab əyalətinin Lahor şəhərində törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb.

Partlayış texnoparkın yaxınlığındakı bazarda baş verib.

Polis idarəsindən bildirilib ki, partlayışı intiharçı-kamikadze törədib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: XİN   Pakistan   Azərbaycan  





Xəbər lenti