Ermənistanda qubernatorun müşaviri itib

Ermənistanda qubernatorun müşaviri itib
  25 İyul 2017    Oxunub:1153
Ermənistanın Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyan itkin düşüb.
AzVision.az-ın “News.am” saytına istinadən verdiyi məlumata görə, artıq polis M. Simonyanın axtarışlarına başlayıb.

Ermənistan polisinin mətbuat katibi Edqar Canoyan bildirib ki, M. Simonyanın itkin düşməsi barədə məluma iyulun 23-də daxil olub. Onun sözlərinə görə, itkin düşən Manuk Simonyanın axtarışları ilə bağlı müvafiq işlər aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti