“Rusiyanın hərbi manevrləri Azərbaycan üçün siqnaldır” – Sabiq müdafiə naziri

“Rusiyanın hərbi manevrləri Azərbaycan üçün siqnaldır” – Sabiq müdafiə naziri
  25 İyul 2017    Oxunub:6408
Rusiyanın Gürcüstanın işğal olunan ərazilərində hərbi manevrləri və irəliləyişi Azərbaycan və İranda daxil olmaqla, bütün regiona siqnal kimi qiymətləndirmək olar. AzVision.az “Qruziya Online”-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq müdafiə naziri, “İslahatçılar klub”unun yaradıcısı Dmitri Şaşkin bəyan edib.
“Rusiyanın yalnız Gürcüstanda deyil, bütün regionda maraqları var”, - deyə Şaşkin bəyan edib.

Onun sözlərinə görə, bu ilk növbədə Azərbaycana siqnaldır.

Gürcüstanın sabiq müdafiə nazirinin sözlərinə görə, Rusiyanın əsas məqsədi Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasına dəhliz açmaqdır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Azərbaycan   Rusiya   Gümrü  





Xəbər lenti