9,3 km dəmir yolu əsaslı təmir olunur

9,3 km dəmir yolu əsaslı təmir olunur
  25 İyul 2017    Oxunub:1189
Bakı-Böyük Kəsik istiqamətində Muğan-Qarasu mənzilində 9,3 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən AzVision.az-a verilən məlumata görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Təmir bir həftə müddətinə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 305 km dəmir yolu əsaslı təmir olunub.

AzVision.az


Teqlər: Dəmir-Yolları  





Xəbər lenti