Narkotik vasitə becərən şəxs saxlanılıb

Narkotik vasitə becərən şəxs saxlanılıb
  25 İyul 2017    Oxunub:1084
Şəmkirdə narkotik vasitə becərən şəxs tutulub.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Könüllü kənd sakini Laçın Abbasova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 42 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   narkotik  





Xəbər lenti