7 dövlət əmlakı özəlləşdirilib

7 dövlət əmlakı özəlləşdirilib
  25 İyul 2017    Oxunub:1224
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın özəlləşdirilməsinə daier növbəti hərrac keçirib.
Komitədən AzVision.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 7-si kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.

Bakı şəhəri üzrə 2 kiçik dövlət müəssisəsi, 9 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib. Özəlləşdirilən əmlaklar, ticarət, təsərrüfat, təchizat sahəsinə aid olub. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nizami rayonlarında, regionlardan isə Gəncə, Mingəçevir şəhəri və Xaçmaz, Cəlilabad, Neftçala rayonlarında yerləşir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən “Samirə” kiçik dövlət müəssisəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 920 kvadratmetr, torpaq sahəsi isə 968 kvadratmetr təşkil edir.

Hərracda xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Bakının Sabunçu rayonunda yerləşən 1 saylı təsərrüfat malları mağazası bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 179,1 kvadratmetr təşkil edir.

Paytaxtla yanaşı regionlarda da özəlləşdirilən kiçik dövlət müəssisəsi orta və kiçik sahibkarlığın inkişafına imkan verə biləcək əmlaklardır. Gəncədə yerləşən 105 saylı mağaza, Mingəçevirdə “Arzu” çayxanası, Xaçmazda 12 saylı mağaza, Neftçalada Ticarət obyekti bu kateqoriyaya aid olmaqla sahibləri üçün gələcəkdə yaxşı qazanc gətirə bilər.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Cəlilabad rayonunda yerləşən Təchizat sahəsi aiddir. Həmin əmlakın ümumi faydalı sahəsi 285 kvadratmetr, torpaq sahəsi isə 18 min 409 kvadratmetr təşkil edir.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 9-u paytaxtda, 2-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti müvafiq olaraq Binəqədi, Yasamal, Nizami, Xətai və Nərimanov rayonlarındadır. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Sumqayıt şəhərində yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 15,5 kvadratmetr ilə 107,1 kvadratmetr arasında dəyişir.

Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək satış qiyməti Bakının Xətai rayonunda yerləşən əmlakda qeydə alınıb. Həmin əmlakın ümumi sahəsi 125 kvadratmetr təşkil edib.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Sumqayıt şəhərində yerləşən sahəsi 23,5 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.

Hərracda müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib. Nəqliyyat vasitələrinin hərracı rəqabətli şəkildə keçib. “Kio Sportage” markalı avtomobilin ilkin satış qiyməti 4000 min manat olsa da ən son qiymət 7 min manat təklif olunub.

Keçirilən hərracların nəticələri ilə bu linkdə tanış olma olar.

Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və özəlləşdirmə portalında yerləşdirilir.

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 1 avqust tarixində keçiriləcək.

AzVision.az


Teqlər: əmlak   hərrac  





Xəbər lenti