Bu avtobusun son dayanacağı dəyişdirildi

Bu avtobusun son dayanacağı dəyişdirildi
  25 İyul 2017    Oxunub:1128
24 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov və Sülh küçələrinin kəsişməsində yerləşən son dayanacaq məntəqəsi dəyişdirilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AzVision.az-a verilən məlumata görə, dəyişiklik edilməsi ilə bağlı qərar Sakit Qocayev, Ruhulla Axundov, Mahir Əmirov küçələrinin sakinlərinin BNA-ya ünvanladığı çox saylı müraciətləri əsasında qəbul edilib. Dəyişikliyə əsasən, 24 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Sakit Qocayev, Ruhulla Axundov küçələrindən keçməklə Mahir Əmirov küçəsinədək və əks istiqamətdə hərəkət edəcəklər.

“İlkin mərhələdə 24 nömrəli marşrut xətti üzə avtobuslar 10 günlük sınaq rejimində yenilənmiş sxem üzə hərəkət edəcəklər”, - deyə məlumatda qeyd olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA  





Xəbər lenti