Xaçmazda ev və aptek yanıb

Xaçmazda ev və aptek yanıb
  25 İyul 2017    Oxunub:1353
Xaçmaz şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 36 m2 olan aptekin lambirdən ibarət tavanı yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, aptekin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xaçmaz şəhərində daha bir yanğın olub.

Vətəndaşa məxsus, ümumi sahəsi 208 m2 olan ikimərtəbəli, 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə və evə bitişik ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​

AzVision.az


Teqlər: Xaçmaz   Yanğın   FHN  





Xəbər lenti