Xaçmazda 8 yaşlı uşağı maşın vurub

Xaçmazda 8 yaşlı uşağı maşın vurub
  25 İyul 2017    Oxunub:1384
Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisində baş verib.

8 yaşlı Qurbanəliyev Aslan Zaur oğlunu maşın vurub. Azyaşlıya sol budun aşağı üçdə birinin açıq sınığı və başın əzilməsi diaqnozu qoyulub.

Fakt araşdırılır.

AzVision.az


Teqlər: Xaçmaz   Maşın  





Xəbər lenti