Tovuzda pulsuz tibbi müayinələr keçirilib

Tovuzda pulsuz tibbi müayinələr keçirilib
  24 İyul 2017    Oxunub:1288
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Səhiyyə Nazirliyi və Mərkəzi Neftçilər Xəstəxanasının təşkilatçılığı ilə Gəncə-Qazax regionu üzrə-Şəmkir, Ağstafa, Qazax, Gədəbəy, Tovuz rayonlarının sakinlərinin Tovuz rayonu Diaqnostika və Hemodializ Mərkəzində ödənişsiz tibbi müayinələri təşkil edilib.
Regional İnkişaf İctimai Birliyindən AzVision.az-a verilən məlumata görə, iyulun 21-dən 23-dək davam edən müayinələrə Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı mütəxəssisləri cəlb olunub.

Tibbi aksiya ucqar və sərhədyanı kəndlərin sakinləri də daxil olmaqla ümumilikdə 1288 nəfəri əhatə edib, ehtiyac yarandığı halda laborator yoxlamalar aparılıb, müalicələr təyin olunub.

Müayinələr kardioloji, urololoji xəstəliklər, ümumi terapiya, ümumi cərrahiyə, oftalmologiya sahələrini əhatə edib.

Xatırladaq ki, Regional İnkişaf İctimai Birliyi Səhiyyə Nazirliyi ilə birlikdə regionlarda mütəmadi olaraq müxtəlif sahələr üzrə ödənişsiz tibbi aksiyalar keçirir.

AzVision.az


Teqlər: RİİB  





Xəbər lenti