“Xaricdə oxumaq istəyirəm” - 700 bal toplayan qız (FOTO)

“Xaricdə oxumaq istəyirəm” - 700 bal toplayan qız (FOTO)
  24 İyul 2017    Oxunub:17206
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 22-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.İmtahanda I ixtisas qrupu üzrə iki abituriyent, IV ixtisas qrupu üzrə isə bir abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.
AzVision.az-ın məlumatına görə, rekorda imza atan abituriyenlər Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları Qabil Əliyev, Ziya Müslümov, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədovadır.

İmtahanda I ixtisas qrupu üzrə yüksək nəticə göstərən Jalə Məmmədova təəssüratlarını AzVision.az-la bölüşüb. Sevincinin həddi-hüdudunun olmadığını deyən Jalə ilk imtahanda 695 bal topladığını deyib.

“Yalnız bir suala cavab verə bilməmişdim. Bu imtahana isə 700 bal toplamaq üçün girdim və məqsədimə çatdım. Qeyd edim ki, ikinci imtahanda suallar birinciyə nəzərən daha çətin idi. Lakin öhdəsindən gəldim. İki ildir ki, hazırlaşıram”.

Maksimum nəticə göstərən abituriyent oxuyacağı ali təhsil müəssisəsini hələ seçməyib: “Ailəm, müəllimlərimlə dəqiqləşdirdikdən sonra qərar verəcəm. Bakalavrı Azərbaycanda, magistraturanı isə xaricdə oxumaq istəyirəm.”



Aytən Zəhra
AzVision.az



Teqlər: İmtahan   700-bal  





Xəbər lenti