“Xaricdə oxumaq istəyirəm” - 700 bal toplayan qız (FOTO)
İmtahanda I ixtisas qrupu üzrə yüksək nəticə göstərən Jalə Məmmədova təəssüratlarını AzVision.az-la bölüşüb. Sevincinin həddi-hüdudunun olmadığını deyən Jalə ilk imtahanda 695 bal topladığını deyib.
“Yalnız bir suala cavab verə bilməmişdim. Bu imtahana isə 700 bal toplamaq üçün girdim və məqsədimə çatdım. Qeyd edim ki, ikinci imtahanda suallar birinciyə nəzərən daha çətin idi. Lakin öhdəsindən gəldim. İki ildir ki, hazırlaşıram”.
Maksimum nəticə göstərən abituriyent oxuyacağı ali təhsil müəssisəsini hələ seçməyib: “Ailəm, müəllimlərimlə dəqiqləşdirdikdən sonra qərar verəcəm. Bakalavrı Azərbaycanda, magistraturanı isə xaricdə oxumaq istəyirəm.”
Aytən Zəhra
AzVision.az