Kürdə batan şəxs xilas edilib

Kürdə batan şəxs xilas edilib
  24 İyul 2017    Oxunub:1195
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Şirvan şəhərində 1 nəfərin Kür çayında çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər vətəndaşı sudan çıxarıblar.

AzVision.az


Teqlər: FHN   KÜr  





Xəbər lenti