Partlayışda ölənlərin sayı 28 nəfərə çatdı - Yenilənib

Partlayışda ölənlərin sayı 28 nəfərə çatdı - Yenilənib
  24 İyul 2017    Oxunub:1672
Pakistanın Lahor şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 57 nəfər yaralanıb.

Ölənlərin 8-i polis əməkdaşıdır. Terror aktına görə, məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.

**

Pakistanın Lahor şəhərində terror aktı törədilib. AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb.

Partlayışın kamikadze tərəfindən törədildiyi bildirilir.

Məlumatda qeyd olunur ki, 32 yaralıdan 11-nin vəziyyəti ağırdır. Ölənlərdən azı 3-ü polis əməkdaşıdır. Yaralılar arasında da polislərin olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Pakistan   Lahor  





Xəbər lenti