Kürdə boğulan gəncin meyiti tapılıb

Kürdə boğulan gəncin meyiti tapılıb
  24 İyul 2017    Oxunub:1176
23.07.2017-ci il tarixində Kür çayının, Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində batmış 2002-ci il təvəllüdlü gəncin meyiti tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 15 yaşlı Rövşən Elxan oğlu Göyüşovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 15:01-də başa çatıb.

AzVision.az



Teqlər: FHN   Xilasedici  





Xəbər lenti