İlham Əliyev Ukraynaya səfər edəcək - (VİDEO)

İlham Əliyev Ukraynaya səfər edəcək - (VİDEO)
  24 İyul 2017    Oxunub:2953
Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ilin sonuna kimi Ukraynaya səfər edəcək. AzVision.az xəbər verir ki, bunu “Qordon” nəşrinə müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev bildirib.
“Hələlik konkret heç nə yoxdur, lakin böyük ehtimalla 2017-ci ilin ikinci yarısında səfər baş tutacaq”, - deyə Xuduyev bildirib.

Səfir xatırladıb ki, ötən il Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana səfəri baş tutub: “Səfər olduqca məhsuldar olub. Səfər zamanı əhəmiyyətli sənədlər imzalanıb. Hazırda bizim prezidentin Ukraynaya səfərin gözləyirik”.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ukrayna   Azərbaycan   İlham-Əliyev  





Xəbər lenti