Bakıda hakimlər kollegiyasının iclası keçirilib

Bakıda hakimlər kollegiyasının iclası keçirilib
  24 İyul 2017    Oxunub:1021
Bakıda Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qaydaları, təhlükəsizlik və təşkilati məsələlərlə bağlı ilkin təlimat və hakimlər kollegiyasının iclası keçirilib.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə müsabiqənin təsdiq olunmuş əsasnaməsinə yenidən baxılıb, əlavə dəyişikliklərin aparılması və təşkilati məsələlərlə bağlı tərəflərin təklifləri dinlənilib. Hakimlər heyətinin tərkibi dəqiqləşdirilib və epizodların keçiriləcəyi yerlərə baxışların keçirilmə vaxtları dəqiqləşdirilib.

Bildirilib ki, müsabiqə “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı”, həmçinin “Dəniz hazırlığı” üzrə yarışların keçirilməsi ilə üç mərhələdən ibarət olacaq.

“Dəniz kuboku - 2017” müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətdədir.

AzVision.az


Teqlər: Dəniz-kuboku  





Xəbər lenti