Rusiyada dəhşət: Beş azərbaycanlı yanaraq öldü - (VİDEO)

Rusiyada dəhşət: Beş azərbaycanlı yanaraq öldü  - (VİDEO)
  24 İyul 2017    Oxunub:5322
Rusiyanın Krasnoyarsk diyarında baş verən yanğında azərbaycanlı ailə həlak olub.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yanğın iyulun 24-də yerli vaxtla saat 01.35 radələrində Suxobuzimsk qəsəbəsinin yaxınlığındakı taxta tikilidə baş verib.

Yanğınsöndürənlər 40 dəqiqədən artıq müddətdə alovla mübarizə aparıb.

Yanğın nəticəsində ailənin başçısı 37 yaşlı kişi, dörd uşaq – 10, 6 və 3 yaşlı oğlanlar, həmçinin bir yaşlı qız həlak olub. Daha bir oğlan uşağı 13 yaşlı şəxs isə sağ qalıb. O, 1-3-cü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda o, xəstəxanada həkim nəzarəti altındadır.

Ana yanğın baş verən zaman evdə olmayıb.

Hadisənin səbəbi araşdırılır.



Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti