“Regionlarda hamilə qadınlar həkimə getmirlər” - Baş həkim

“Regionlarda hamilə qadınlar həkimə getmirlər” - Baş həkim
  24 İyul 2017    Oxunub:1599
Regionlarda hamilə qadınlar qeydiyyat üçün xəstəxanalara müraciət etmirlər.
AzVision.az xəbər verir ki, bunu Mamalıq və Ginekologiya İnstitutunun baş həkim əvəzləyicisi Hicran Kazımova deyib. Onun sözlərinə görə, hamilə qadınlar özlərinə, uşaqlara ciddi yanaşmırlar: “Klinikı protokola əsasən onlar müayinə üçün 7 dəfə həkimə getməlidirlər. Amma onlar bu məsələyə ciddi yanaşmırlar və səhətlərində ağırlaşmalar olur”.

Hicran Kazımova qeyd edib ki, Azərbaycanda 3 ay ərzində 393 normal, 53 vaxtından əvvəl doğuş olub. Doğuşlardan isə 240-ı qeysəriyyə yolu ilə olub.

“Keysəriyyə kəsiyi əməliyyat edilənlərin yarıdan çoxu təkrar bu əməliyyatı etdirənlərdir. Vaxtından əvvəl doğuşlar əsasən yaşı 35-dən çox olan qadınlar arasında olur. Belə doğuşlarla müraciət edənlər daha çox həkim müayinəsinə vaxtında müraciət etməyənlər, preeklamsiya diaqnozu qoyulanlardır”.

Mama-ginekologiya şöbəsinin müdiri Kəmalə Heydərova deyib ki, bu müddət ərzində 850 qram çəki ilə vaxtından əvvəl doğulan uşaq 1800 qrama çatdırılaraq evə buraxılıb. Hazırda həm ana, həm də uşağın vəziyyəti normaldır. "Bu xəstəxanaya daha ağır xəstələr müraciət etdiyindən və institut daha yüksək səviyyəli doğuşayardım müəssisəsi olduğundan burada keysəriyyə kəsiyi əməliyyatı göstəricisi çox olur. "Ancaq institut olaraq, biz fizioloji doğuşa üstünlük veririk. Tibbi göstərişlər olduqda hamiləni əməliyyata götürməyə məcbur oluruq - xəstədə yüksək təzyiq olduqda, preklamsiya olduqda. Lakin qadının istəyi əməliyyata göstəriş deyil".


Aytən Zəhra
AzVision.az


Teqlər: xəstəxana  





Xəbər lenti