Ermənistanda partlayış: yaralılar var

Ermənistanda partlayış: yaralılar var
  25 İyul 2017    Oxunub:1172
Ermənistanda yanacaqdoldurma məntəqəsidə partlayış baş verib.
AzVision.az-ın məlumatına görə, hadisə bu gün saat 06:27 radələrində Ararat vilayətinin Artaşat şəhərinin girəcəyində, Dalar 2 ünvanında qeydə alınıb.

Partlayışa səbəb yanacaqdoldurma zamanı 51 UM 001 dövlət nişanlı "VAZ 2016" markalı avtomobilin qaz balonunun partlaması olub.

Partlayış nəticəsində qazdoldurma stansiyasının işçisi yaralanıb və Artaşat xəstəxanaya yerləşdirilib.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Partlayış  





Xəbər lenti