Emin Tramp qalmaqalı barədə danışmaqdan imtina etdi

Emin Tramp qalmaqalı barədə danışmaqdan imtina etdi
  24 İyul 2017    Oxunub:2000
Azərbaycanlı müğənni Emin adının çəkildiyi oğul Donald Tramp və rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə qalmaqalı şərh etməkdən imtina edib.
Bu barədə AzVision.az “BBC”-yə istinadən xəbər verir.

“Tramp haqqında suallar verməyin. Mən buraya müğənni kimi gəlmişəm. Mənim bu gün axşamkı şouma gəlin”, - deyə Emin Ağalarov “BBC”-nin oğul Donald Trampa nə vermək istəyirdiniz sualını cavablandırarkən bildirib.

Emin Ağalarov, həmçinin oğul Donald Tramp tərəfindən üzə çıxarılan "e-mail"lərin saxta olmaması ilə bağlı hüquqşünasın sözlərini də şərh etməyib.

Bu məsələ də isə Emin onun hüquqşünasına müraciət etməyi məsləhət görüb. O, Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsi barədə sualı da cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, ABŞ-da prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Kremlin Amerika seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller azərbaycanlı oliqarx Araz Ağalarovun və oğlu Emin Ağalarovun Trampın oğlunu rusiyalı vəkillə görüşdürməsi faktını araşdırmağa başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Tramp   Emin  





Xəbər lenti