Yaşayış binasındakı yanğınla bağlı rəsmi məlumat - Yenilənib (Video-Fotolar)

Yaşayış binasındakı yanğınla bağlı rəsmi məlumat - Yenilənib (Video-Fotolar)
  24 İyul 2017    Oxunub:11511
Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat açıqlayıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, paytaxtın Yasamal rayonunda altımərtəbəli yaşayış binasının ümumi sahəsi 240 m2 olan çardağının yanar konstruksiyaları və vətəndaşa məxsus sahəsi 36 m2 olan 1 otaq yanıb.
Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

**

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.

AzVision.az xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb. Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov jurnalistlərə bildirib ki, yanğının səbəbləri qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək:

“Hazırda istntaq qrupu yaradılıb, araşdırma aparılır. Sakinlərə müvafiq köməklik göstəriləcək. Yanğın tam söndürüləndən sonra sakinlər qaz və işıqla təmin olunacaq”.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən xəbərə görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

**

Bakının Yasamal rayonunda yaşayış binasının damında yanğın başlayıb. AzVision.az-ın məlumatına görə, yanğın baş verən binanın sakinləri təxliyə olunub.

FHN-də yanğın "2 dərəcəli çağırış" kimi qiymətləndirilib. Hadisə yerinə 8 yanğınsöndürən maşın cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.



























AzVision.az




Teqlər: Yanğın   Bina  





Xəbər lenti