Dəhşətli partlayış: 35 ölü (Yenilənib)

Dəhşətli partlayış: 35 ölü (Yenilənib)
  24 İyul 2017    Oxunub:1761
Bu gün səhər saatlarında Kabildə terrorçu-kamikadze tərəfindən törədilən partlayışda ölənlərin sayı artıb.
AzVision.az xəbər verir ki, bu barədə Reuters agentliyi hökumət məmuruna istinadla məlumat yayıb. Partlayış nəticəsində 35 nəfər ölüb, 42 nəfər yaralanıb. Partlayışın məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Qeyd edək ki, terrorçu-kamikadze içərisində partlayıcı maddələrlə dolu olan avtomobili Əfqanıstan icraçı hakimiyyətinin başçısının ikinci müavini Məhəmməd Mohakikin evinin yaxınlığında partladıb.


**

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze minalanmış avtomobili partladıb.

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, insident nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Məlumata əsasən partlayış ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti