Erməni hərbçi asılmış vəziyyətdə tapılıb

Erməni hərbçi asılmış vəziyyətdə tapılıb
  24 İyul 2017    Oxunub:4157
Ermənistanda hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçu, kiçik çavuş Vardan Artavazdi Melkonyanın cəsədi tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Bildiririk ki, iyulun 23-də saat 06:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin yaxınlığında yerləşən ərazidə hərbi hissəni özbaşına tərk etmiş müddətli hərbi qulluqçu, 1988-ci il təvəllüdlü kiçik çavuş Vardan Artavazdi Melkonyanın cəsədi asılmış vəziyyətdə tapılıb"-deyə məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti