Şəmkirdə kütləvi zəhərlənmə olub

Şəmkirdə kütləvi zəhərlənmə olub
  24 İyul 2017    Oxunub:1524
Bu gün təxminən 15 nəfərə yaxın uşaq, qadın və kişi zəhərlənmə əlamətləri ilə Şəmkir rayon infeksion xəstəxanasına və mərkəzi xəstəxanaya yerləşdiriliblər.
Onlardan bir nəfərinin, 1935-ci il təvəllüdlü Raya Əliyevanın vəziyyəti ağır olduğu üçün Gəncədə olan xəstəxanaların birinə aparılıb.

Zəhərlənənlərin yaxınlarının sözlərinə görə, onlar Kür qəsəbəsində, Kür çayının sahilində olan restoranların birində ad günü mərasimində iştirak edib evə qayıtdıqdan sonra zəhərlənmə əlamətləri hiss ediblər. Zəhərlənmənin kababdan baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, yaş mərasimində iştirak edənlər rayonun Qapanlı kəndi və Şəmkir şəhər sakinləri olub. (APA)

AzVision.az


Teqlər: Şəmkir   Xəstəxana   Zəhərlənmə  





Xəbər lenti