Bakıda gecə klubunda dava

Bakıda gecə klubunda dava
  23 İyul 2017    Oxunub:1164
Bakının mərkəzindəki gecə klublarından birində xuliqanlıq hadisəsi baş verib.
AzVision.az-ın Lent.az-a istinadən məlumatına görə, 1991-ci il təvəllüdlü Seyfullayev Röyal Elxan oğlu polisə müraciət edərək bildirib ki, Xəqani küçəsi 21 ünvanındakı gecə klubunda tanışı, 1985-ci il təvəllüdlü Abdullayev Seymur Sakit oğlu onu döyüb.

Şikayətçi hadisənin hansı səbəbdən baş verdiyini qeyd etməyib.

Araşdırma aparılır.

AzVision.az


Teqlər: Bakı   Klub  





Xəbər lenti