FHN 2 nəfəri ölümdən xilas etdi

FHN 2 nəfəri ölümdən xilas etdi
  23 İyul 2017    Oxunub:1119
Dənizdə batan 2 nəfər xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:05-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti